İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası ərəb partiyalarını seçkiləri saxtalaşdırmaqda ittiham edib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Likud” seçkilərin saxtalaşdırıldığını, bunun səsvermə saxtakarlığı, rüşvət, seçicilərin hədələnməsi və zorakılıq yolu ilə həyata keçirildiyini iddia edib.
Partiya yüzlərlə sübutun polisə, İsrailin daxili təhlükəsizlik xidməti “Şin Bet”ə və Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini açıqlayıb.
Qeyd edək ki, bu ittihamlar “Likud” partiyasının iddialarıdır və onların doğruluğu müstəqil şəkildə təsdiqlənməyib.
Rauf
























