ABŞ-ın Purdue Universitetinin tədqiqatçıları GPS, internet bağlantısı və insan müdaxiləsi olmadan sıx meşədə hərəkət edən şəxsi izləyə bilən dron hazırlayıblar.
İNFOAZ.MEDİA xəbər verir ki, dron yerdən təxminən 2 metr yüksəklikdə, qaçış sürətinə uyğun hərəkət edir. O, uçuş zamanı ağacların üçölçülü xəritəsini yaradır və ağaclar insanı görməyə mane olduqda onun hansı istiqamətə hərəkət edə biləcəyini təxmin edir.
Sistemin bütün hesablamaları birbaşa dronun özündə həyata keçirilir. Layihənin aparat təminatını Purdue Universitetinin IDEAS laboratoriyası hazırlayıb. Proqram təminatında isə əsasən Honkonq Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış açıq mənbəli vasitələrdən istifadə olunub.
Qeyd edək ki, həmin laboratoriyanın GPS olmadan işləyə bilən robotların hazırlanması ilə bağlı ABŞ Ordusu ilə ayrıca 1,5 milyon dollarlıq tədqiqat müqaviləsi də var.
Rauf
























