image-5985487220397248526backend

Türkiyə Misirə 15 min kvadratkilometrdən çox əlavə dəniz ərazisi təklif edir

Türkiyə Misirlə dəniz sərhədlərinin müəyyənləşdirilməsi barədə saziş imzalamağı təklif edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ankara ilə mümkün razılaşma Misirə Yunanıstanla imzalanmış sazişlə müqayisədə 15 min kvadratkilometrdən çox əlavə dəniz ərazisi qazandıra bilər.

Türkiyə tərəfi belə bir razılaşmanın qarşılıqlı maraqlar əsasında və beynəlxalq hüquq normalarına uyğun hazırlanmasının vacibliyini vurğulayıb.

Təklif Şərqi Aralıq dənizində dəniz sərhədləri və iqtisadi zonalarla bağlı Türkiyə, Yunanıstan və Misir arasında davam edən fikir ayrılıqları fonunda irəli sürülüb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki