image-araqchibackend

İran diplomatiyaya şans verməyə davam edir

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin hərbi müdafiəyə hazır olduğunu, eyni zamanda diplomatik səyləri davam etdirdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçi İranın vasitəçilərlə təmaslarını davam etdirdiyini və irəli sürülən təklifləri müzakirə etdiyini açıqlayıb.

“Cəsur silahlı qüvvələrimiz Vətəni müdafiə etməyə tam hazır olsa da, İran diplomatiyanın uğur qazanmasına şans verməyə davam edir. Yeddi günlük planımızın icrasını bir həftədən də az müddətdə təmin edə biləcək ideyaları nəzərdən keçirmək üçün vasitəçilərlə sıx və davamlı əlaqə saxlayırıq”, – deyə nazir bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki