Böyük Britaniya kralı III Çarlz Karib hövzəsinə səfəri zamanı köləlik dövründə yaşanan ağır iztirablardan danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, kral Baham adalarında çıxışı zamanı tarixi ədalətsizlikləri və keçmişdə insanların çəkdiyi əzabları etiraf edib.
Onun açıqlaması Böyük Britaniyanın köləliyə görə üzr istəməsi və təzminat ödəməsi ilə bağlı çağırışların yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edib.
Bununla belə, III Çarlz çıxışında köləliyə görə rəsmi üzr istəməyib.
Rauf
























