image-images-2026-10-23t185644-148backend

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsə nail olub

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyanın nəzarətində olan Ukraynanın Oleşki şəhərində müvəqqəti atəşkəs razılaşmasının əldə olunmasına kömək edib. Ağ Evin məlumatına görə, atəşkəs oktyabrın 29-da qüvvəyə minəcək.

İNFOAZ.MEDİA xəbər verir ki, razılaşmanın əsas məqsədi şəhərə humanitar yardımın çatdırılmasını təmin etmək və mülki əhalinin təhlükəsiz təxliyəsi üçün dəhliz yaratmaqdır.

Ağ Evin açıqlamasında bildirilir ki, Oleşkidə qalan sakinlərin əksəriyyəti yaşlı insanlardır. Onlar ərzaq, təmiz su və tibbi ləvazimat çatışmazlığı ilə üzləşirlər. Şəhərdə elektrik enerjisi təchizatı da məhduddur, yolların bir hissəsi isə minalanıb.

Melaniya Trampın sözlərinə görə, o və nümayəndəsi atəşkəsin şərtlərini müəyyənləşdirmək üçün Rusiya və Ukrayna rəhbərliyi ilə birbaşa işləyiblər.

Razılaşma çərçivəsində hər iki ölkənin mülki nümayəndələrinin sakinlərin ehtiyaclarını qiymətləndirməsi, təxliyə olunmaq istəyənlərə isə seçdikləri istiqamətə təhlükəsiz şəkildə çatmaq üçün yardım göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müharibədən əvvəl Oleşkidə təxminən 24 min nəfər yaşayıb. Hazırda şəhərdə 1 700–2 000 nəfərin qaldığı bildirilir. Rusiya qüvvələri şəhəri 2022-ci ilin fevralında nəzarətə götürüb.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki