image-49c3f480-76e3-4185-a4bf-c97f5beceaf1backend

Miri Yusifdən ilin son konserti – tarix bəlli oldu

Xalq artisti Miri Yusif ilin sonuna özəl möhtəşəm konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxmağa hazırlaşır.

Sənətçinin konserti dekabrın 26-da Baku Events Hall-da baş tutacaq.

Gecədə Xalq artisti köhnə və yeni, illərdir sevilən hitlərini səsləndirəcək.
Canlı ifalar və xüsusi musiqi proqramı ilə müşayiət olunacaq konsert ilə Miri Yusif tamaşaçılara unudulmaz anlar yaşadacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki