Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin davranışlarından danışaraq onların Vladimir Putinin təhdidlərindən qorxduqlarını iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski Rusiya əsgərlərinin və mülki əhalisinin düşüncə tərzini anladıqlarını bildirib.
“Biz Putinin, rus əsgərlərinin və mülki əhalisinin düşüncə tərzini başa düşürük. Onların nə vaxt hansısa addımı atmağa hazır olduqlarını və Putinin mesajlarından nə zaman həqiqətən qorxduqlarını bilirik.
Onlar başa düşürlər ki, əks halda həbs olunacaqlar. Əgər gedib bizi öldürməsələr, Putin onlara qarşı özünəməxsus sanksiyalar tətbiq edəcək”, – deyə Zelenski bildirib.
Jalə
























