image-5985425999933411253backend

Putin Maskı “dahi” adlandırdı: Moskva onunla əlaqə saxlayır

Rusiya Prezidenti Vladimir Putin amerikalı milyarder İlon Maskı dahi adlandırıb və Moskvanın kosmos sahəsində onunla sıx əlaqə saxladığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Putin bu barədə oktyabrın 28-də Moskvada keçirilən Rusiya-Afrika sammiti çərçivəsində danışıb. 

“İlon Mask dahidir, həqiqətən də dahidir. Onun orbitdə 5 mindən çox peyki var. Biz isə bu sahədə ilk addımlarımızı atırıq”, – deyə Putin bildirib.

Rusiya liderinin sözlərinə görə, kosmosda peyklərin bir-birinə mane olmaması, nizam-intizamın qorunması üçün ABŞ tərəfi, o cümlədən İlon Maskla sıx əlaqələr davam etdirilir.

Putin həmçinin Rusiyanın özünün “Starlink” sisteminə alternativ olan “Rassvet” peyk şəbəkəsini müstəqil şəkildə inkişaf etdirməyə başladığını vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki