image-turkiyeteciliyardim520backend

Türkiyədə qətl hadisəsi – Ər arvadını küçənin ortasında öldürdü

Ankaranın Haymana rayonunda boşanma prosesində olan Serdar Hakbilir küçədə həyat yoldaşı Songül Hakbilir ilə qarşılaşıb. O, aralarında yaranan mübahisə zamanı qadına tapança ilə atəş açaraq onu öldürüb. Hadisədən dərhal sonra kişi özünə də atəş edərək intihar edib.

İNFOAZ.MEDİA xəbər verir ki, cütlüyün boşanma məhkəməsi həmin günə təyin olunmuşdu. Bildirilir ki, Serdar Hakbilir əvvəlcədən barışmaq məqsədilə həyat yoldaşını evə çağırsa da, qadın bu təklifi qəbul etməyib. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Songül Hakbilir yaxınlıqdakı mağazaya sığınmağa çalışsa da, kişi onu orada güllələyib və ardınca öz həyatına son qoyub.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki