Rusiya tərəfi müharibənin 1706-cı günü üzrə Ukrayna ordusunun itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, müharibə başlayandan indiyədək Ukraynaya məxsus 674 təyyarə, 284 helikopter, 271 778 pilotsuz uçuş aparatı (PUA), 672 zenit-raket kompleksi, 31 406 tank və digər zirehli texnika, 1 792 reaktiv yaylım atəş sistemi, 36 815 artilleriya qurğusu və minaatan, həmçinin 75 658 xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib.
Qeyd edək ki, bu rəqəmlər Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlardır.
Jalə
























