TƏYYARƏbackend

Moskvada dron təhlükəsi səbəbindən dörd hava limanında uçuşlar dayandırılıb

Ukrayna dronları təhlükəsi ilə əlaqədar Moskvadakı Şeremetyevo hava limanında sərnişinlər təxliyə edilib, paytaxtın dörd əsas hava limanında uçuşlara məhdudiyyət qoyulub.

İNFOAZ.MEDİA xəbər verir ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi “Rosaviasiya” təhlükəsizlik səbəbindən Moskva vaxtı ilə saat 14:05-dən etibarən Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında təyyarələrin eniş və uçuşlarını dayandırıb.

Hava limanlarının əməkdaşları sərnişinləri sığınacaqlara və təhlükəsiz ərazilərə yönləndiriblər. İnsanlara liftlərdən və pəncərələrdən uzaq durmaq, həmçinin dron qalıqlarına toxunmamaq barədə xəbərdarlıq edilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri şəhərə yaxınlaşan dronları zərərsizləşdirir. Son saatlarda azı 11 pilotsuz uçuş aparatının vurulduğu bildirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki