2026-cı ilin sonu və 2027-ci ilin əvvəlində dünya bazarında bananın qiymətinin artacağı gözlənilir.
“Chiquita Brands International” şirkətinin rəhbəri Karlos Lopes Flores bahalaşmaya ekstremal hava şəraiti, geosiyasi gərginlik və istehsal xərclərinin yüksəlməsinin təsir göstərə biləcəyini bildirib.
Latın Amerikasında banan istehsalçıları yanacaq, gübrə və qablaşdırma materiallarının bahalaşması ilə yanaşı, iqlim riskləri ilə də üzləşirlər. “El-Ninyo” hadisəsinin güclənməsi məhsul itkisinə, quraqlıq isə daşınma marşrutlarında çətinliklərə səbəb ola bilər.
Bütün bu amillər bananın istehsal və daşınma xərclərini artıraraq dünya bazarında qiymətlərə təsir göstərə bilər.// Milli.az
























