Bakıda kafedə baş verən qətl hadisəsi barədə ətraflı məlumat verilib. Hadisə oktyabrın 23-ü gecə saatlarında paytaxtın Xətai rayonu ərazisindəki bir kafedə qeydə alınıb.
İlkin ehtimalara görə, tərəflər arasında əlbəyaxa dava düşüb. Daha sonra dava bıçaqlı mübahisəyə çevrilib və nəticədə şəxslərdən biri qətlə yetirilib. Qətlə yetirilən şəxsin Ceyhun Самunçu kimi tanındığı bildirilir.
Hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisədə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində saxlanılan şəxslərdən biri deputat Əli Əlizadənin oğludur.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Kafenin işçisi hadisə barədə danışarkən deyib:
“Mən 9-dan işləyirəm burda. Sabah eşitdim hadisəni. Saat hardasa 11-də zadımda mənə zəng elədilər ki, dava olub, ölmüşdü deyən”.
Bu gönderiyi Instagram’da gör
























