Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan “Best of AYGUN 40” albomunda müğənni NURAN da yer alıb.
İNFOAZ.MEDİA yazır ki, NURAN layihədə Kazımovanın məşhur “Yar yar” hitini səsləndirib.
NURAN ifasına Zaur Cavadovun rejissorluğu ilə klip çəkdirib. Vokal koçluğunu Elçin Cəfərovun etdiyi sənətçinin səsləndirdiyi mahnının aranjimanı, həmçinin miks-masterinqi DAHİN və Rasim Əsgərova həvalə olunub.
NURAN “Yar yar”la Mərkəzi Nəbatət Bağında kamera qarşısına keçib. O, layihəsini Yutubda və digər platformalarda yayımlayıb.
Qeyd edək ki, sözügedən hitin sözləri Xalq şairi Vahid Əzizə, musiqisi Nikos Terzisə məxsusdur.
Xatırladaq ki, NURAN “Best of AYGUN” albomunda müğənni Mehin Hümbətova ilə “Dözmədi qəlbim” mahnısını oxumuşdu.



























