image-whatsapp-image-2026-04-10-at-10-58-05backend

Elçinlə Pop Divanın dueti gündəm oldu – “Lya lya fa” təqdim olundu

Azərbaycanın Pop Divası Aygün Kazımova-nın 40 illik zəngin musiqi irsini əhatə edən növbəti “Best of Aygün 40” albomu bu gün dinləyicilərə təqdim olunacaq.

İNFOAZ.MEDİA xəbər verir ki, layihə çərçivəsində sənətkarın illər boyu sevilən hitləri onun sənət dostları tərəfindən yenidən ifa edilib.

Alboma daxil olan məşhur “Lya lya fa” (Eşq) mahnısı Elçin Cəfərov tərəfindən səsləndirilib.

Müğənni bu ifanı xüsusi məclisdə Aygün Kazımova ilə duet şəklində təqdim edib.

Pop Divanın sənət dostları ilə bir araya gəldiyi bu çıxış dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, “Lya lay fa” mahnısının sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur. Bəstə 2021-ci ildə Xalq artisti Aygün Kazımova tərəfindən ifa olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki