İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ-ın Yaxın Şərqdən çıxacağını və İsrailin mövcudluğunun sona yaxınlaşdığını iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Əzizi bildirib:
“ABŞ qaçılmaz olaraq bu regionu tərk edəcək və sionist rejimin günləri sayılıdır. Nəticədə burada qalan biz və qonşularımız olacağıq və üz-üzə qalacağıq.
Həmin gün peşmanlıq günü olacaq”, – o deyib.
Jalə























