ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koel Rusiyada siyasi məhbusların azad edilməsi müqabilində ABŞ sanksiyalarının yumşaldılmasını nəzərdə tutan plan üzərində çalışır.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “The Atlantic” məlumat yayıb.
Məlumata görə, Tramp təşəbbüsü dəstəkləyib. Planın Belarusla bağlı daha əvvəl tətbiq edilən yanaşma əsasında hazırlandığı bildirilir.
Təklif həyata keçirilərsə, Ukraynada müharibə başa çatmamış Rusiya ilə bəzi ticarət razılaşmalarının başlanmasına imkan yarana bilər.
Rauf























