Ankaranın Keçiören rayonunda ağır ailə faciəsi baş verib.
İNFOAZ.MEDİA xəbər verir ki,iddialara görə, 35 yaşlı kişi əvvəlcə anası və 8 yaşlı qızını silahla öldürüb. Daha sonra cəsədləri avtomobilin baqajına yerləşdirərək boşanmaq üzrə olduğu həyat yoldaşının yaşadığı ünvana yollanıb. Şübhəli şəxs kuryer geyimində qapını döyüb və qapı açılan kimi həyat yoldaşına atəş açaraq onu da qətlə yetirib. Hadisədən sonra həmin şəxs özünə qəsd edib. Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub, cəsədlər müayinə üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
EMİN,
İNFOAZ.MEDİA
























