“Biz universitetdə oxuyanda, digər fakültədən uşaqlar deyirdilər ki, özünüzə sənət tapın, bu nə işdir?”
İNFOAZ.MEDİA xəbər verir ki,bu sözləri aktyor İbrahim Çingiz “Pərvizə görə” podkastında deyib. O, bəzi həmkarlarını “qaqa” adlandırıb:
“Soruşurlar işini, deyirsən, aktyoram. Deyir, iş tapmadın? Görürsən ki, o qədər ucuzlaşıb ki.. Elə-belə olmayıb, deməli, nəsə olub. Aktyorlar var ki, “qaqa”dır, seçimini səhv edib bu sahəyə düşüb. Bəzən elə insanlarla ünsiyyətdə olmalı olursan. Fikirləşirsən ki, bəlkə seçimi səhv etmişəm. İncəsənətdə niyə “qaqa” olasan? İstəyərdim ki, olmasın, çünki sənə bir rolu verirlərsə, onu oynamalısan, aktyorsan sən”.























