11 saylı xüsusi ümumitəhsil məktəbinin loqoped müəllimi Esmira Kazımova loqopediya və xüsusi təhsil sahəsində əldə etdiyi beynəlxalq uğurlarla diqqət çəkir. Onun elmi-tədqiqat fəaliyyəti beynəlxalq elmi platformalarda yüksək qiymətləndirilir və ölkəmizi bu sahədə layiqincə təmsil edir.
İNFOAZ.MEDİA xəbər verir ki,Esmira Kazımova beynəlxalq elmi fəaliyyət çərçivəsində ABŞ-da fəaliyyət göstərən SOQM təşkilatının Florida Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilən 9-cu İllik Interdisciplinary Research Symposium tədbirində (elmi rəyçi) kimi çıxış edərək bir sıra elmi tədqiqat işlərinin qiymətləndirilməsində iştirak etmişdir. Bu fakt onun beynəlxalq akademik mühitdə qazandığı etimadın bariz göstəricisidir. Həmçinin Disleksiya riski olan uşaqlarda erkən nitq müdaxiləsinin əhəmiyyəti: keyfiyyət əsaslı praktik yanaşma
mövzusunda tezisi qebul olunmuş və 24 apreldə çıxışıda gözlənilir .
Eyni zamanda, onun
“Azərbaycanda xüsusi ehtiyaclı uşaqların ailələri tərəfindən özəl reabilitasiya xidmətlərindən istifadə təcrübəsinin təhlili”
adlı elmi məqaləsi VI Ümumrusiya elmi-praktik konfransı
“Hər kəsin dəyəri: ailənin müşayiətinə sistemli yanaşma”
adlı beynəlxalq iştiraklı konfransın materiallar toplusuna qəbul olunmuşdur.
Konfrans 12–13 mart 2026-cı il tarixlərində Moskva şəhərində, Rusiya Federasiyasının İctimai Palatasında keçirilmişdir. Tədbir “Hər kəsin dəyəri” peşəkar təşkilatlar alyansı və Rusiya Federasiyası İctimai Palatasının demoqrafiya, ailə və uşaqların müdafiəsi üzrə komissiyası tərəfindən təşkil olunmuşdur.
Bununla yanaşı, Esmira Kazımova beynəlxalq iştirakla keçirilən XVI Ümumrusiya elmi-praktik konfransı
“Uşaqlıq – dünyanı kəşf” çərçivəsində uğurla çıxış edərək peşəkar bilik və təcrübəsini beynəlxalq auditoriya ilə bölüşmüşdür.
Konfrans haqqında:
Omsk Dövlət Pedaqoji Universiteti
Omsk şəhəri
24–25 mart 2026-cı il
Təqdimatın əsas mövzusu:
“‘Nitq İnkişaf’ mərkəzində tətbiq olunan innovativ metodların effektivliyi və onların beynəlxalq praktikaya inteqrasiyası”
Çıxış iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, elmi məqalənin isə rəsmi olaraq 30 aprel 2026-cı il tarixində çap olunacağı bildirilmişdir. Bununla yanaşı, mərkəzin digər mütəxəssisləri də konfransda iştirak edərək beynəlxalq sertifikatlara layiq görülmüşlər.
Esmira Kazımova, həmçinin Rusiya Federasiyasının Təhsil Nazirliyi və A.İ. Herzen adına Rusiya Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil olunan
“Herzen oxuları – 2026: Defektologiya və reabilitologiyanın müasir problemləri: xüsusi təhsil sosial çağırışlar kontekstində”
adlı V beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.
O, bu konfransda
“Nitq pozuntuları olan pasiyentlərdə psixosomatik xroniki ağrının kommunikativ davranışa təsiri”
mövzusunda stend məruzəsi ilə çıxış etmişdir.
Bundan əlavə, Esmira Kazımovanın elmi məqaləsi
“Nitq inkişafının ləngiməsi zamanı ailələrin korreksiya yardımına gec müraciət etmə səbəbləri”
mövzusunda 7–8 aprel 2026-cı il tarixlərində keçirilmiş
“Pedaqogika, psixologiya və defektologiya: təcrübə, nailiyyətlər və perspektivlər”
adlı beynəlxalq elmi-praktik konfransın materiallar toplusuna qəbul olunmuş və müəllif həmin tədbirdə çıxış etmişdir.
Konfrans Luqansk Dövlət Pedaqoji Universitetinin bazasında keçirilmiş və bir sıra nüfuzlu beynəlxalq ali təhsil və elmi qurumların iştirakı ilə təşkil olunmuşdur.
Esmira Kazımovanın əldə etdiyi bu nailiyyətlər loqopediya və xüsusi təhsil sahəsində ölkəmizin beynəlxalq elmi mühitdə tanınmasına mühüm töhfə verir və onun peşəkar fəaliyyətinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.
























