image-1785573731_5436395846539877175backend

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Bu il Almaniyanın müxtəlif yerlərində 40-41 dərəcə Selsiyə çatan temperatur səbəbindən indiyə qədər 9800 nəfər ölüb.

 Xarici KİV xəbər verir ki, aprelin əvvəli ilə 12 iyul arasında istidən 7900 ölüm hadisəsi qeydə alınıb, təkcə 13-19 iyul tarixləri arasında isə 1900 ölüm hadisəsi baş verib.

İsti havanın yaşlılara qeyri-mütənasib şəkildə təsir etdiyi, ölənlərin 5420-sinin 85 yaşdan yuxarı olduğu açıqlandı. Xüsusilə ürək-damar, ağciyər , tənəffüs və böyrək problemləri ilə birlikdə həddindən artıq istinin ölüm riskini artırdığı vurğulandı.// Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki