HƏMAS bəyan edib ki, təşkilat və digər Fələstin qrupları atəşkəs danışıqları və vasitəçilərin təklifləri ilə bağlı bütün proses boyunca məsuliyyətli və konstruktiv mövqe nümayiş etdiriblər.
İNFOAZ.MEDİA xəbər verir ki, Bəyanatda qeyd olunub ki, ikinci mərhələnin həyata keçirilməsi ilə bağlı qərarlar Fələstin fraksiyalarının ümumi razılığı əsasında qəbul edilib və bu, mülki əhalinin qorunması, humanitar ehtiyacların qarşılanması və fələstinlilərin milli hüquqlarının müdafiəsi məqsədi daşıyır.
HƏMAS vurğulayıb ki, İsrailin hərbi əməliyyatları və hücumları dayandırması razılaşmanın icrasına başlamaq üçün əsas şərtdir.
Təşkilat əlavə edib ki, atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası yalnız İsrailin birinci mərhələ üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsindən sonra mümkün olacaq.
Rauf
























