image-6008157359160627012backend

ABŞ və müttəfiqlərindən xəbərdarlıq: Şimali Koreya İT mütəxəssisləri saxta kimliklə xarici şirkətlərə sızır

ABŞ və müttəfiq ölkələr Şimali Koreyaya bağlı İT mütəxəssislərinin saxta şəxsiyyətlər, oğurlanmış və ya saxtalaşdırılmış sənədlər, VPN-lər, proksi serverlər, uzaqdan idarəetmə proqramları və “laptop farm” adlandırılan sxemlərdən istifadə edərək xarici şirkətlərdə gizli şəkildə işə düzəldikləri barədə xəbərdarlıq yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Bildirilib ki, onlar əsasən proqram təminatı, veb, mobil tətbiq və blokçeyn inkişafı sahələrində çalışır, eyni zamanda məlumat oğurluğu, kriptovalyuta oğurluğu və daxildən həyata keçirilən kiberhücumlar riski yaradırlar.

Rəsmi qurumlar şirkətləri əməkdaşların şəxsiyyətinin yoxlanılması və fəaliyyətinin monitorinqini gücləndirməyə çağırıb. Xəbərdarlıqda qeyd olunub ki, Şimali Koreyaya bağlı İT işçilərinin işə götürülməsi və ya onlara ödəniş edilməsi beynəlxalq sanksiyaların və milli qanunvericiliyin pozulması ilə nəticələnə bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki