image-5433656752621690089backend

Zelenski: “Xartiya” briqadasının komandirinə qarşı sui-qəsd cəhdi olub

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu gün “Xartiya” briqadasının komandiri İqor Obolenskiyə qarşı sui-qəsd cəhdi baş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, prezidentin sözlərinə görə, hücum edən şəxs və onun əlbir olduğu şəxs saxlanılıb. Hazırda hadisə ilə bağlı zəruri prosessual tədbirlər həyata keçirilir.

Zelenski əlavə edib ki, məsələ ilə bağlı ona Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı Oleksandr Poklad məruzə edib.

Ukrayna Prezidenti vurğulayıb ki, ölkəsinə və ukraynalı komandirə qarşı bu hücum cəhdinə mütləq cavab veriləcək.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki