İngiltərə millisinin hücumçusu Markus Reşford sosial şəbəkə hesabında paylaşım edərək “Barselona” ilə vidalaşıb.
İNFOAZ.MEDİA xəbər verir ki, icarə əsasında Kataloniya klubunda çıxış edən futbolçu müqaviləsinin başa çatmasından sonra “Mançester Yunayted”ə qayıdacaq.
Reşford paylaşımında “Barselona”da keçirdiyi dövrün onun üçün unudulmaz olduğunu vurğulayıb.
“Burada keçirdiyim vaxtın mənim üçün belə müsbət və unudulmaz təcrübəyə çevrilməsinə görə klubdakı hər kəsə çox minnətdaram. Hər andan zövq aldım və özümlə çox gözəl xatirələr aparıram. Kluba və bütün azarkeşlərə gələcək mövsümdə uğurlar və böyük nailiyyətlər arzulayıram”, – deyə futbolçu üzərində soyadı yazılmış “Barselona” formasının fotosunu paylaşaraq bildirib.
Qeyd edək ki, Reşford ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. O, klubla İspaniya çempionu olub, həmçinin ölkə kubokunu qazanıb.
Rauf
























