Fordham Universitetinin professoru Robin Andersen nüvə silahları ilə bağlı beynəlxalq siyasəti tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, nüvə silahı təhlükəsi dəfələrlə müxtəlif ölkələrə qarşı hərbi əməliyyatları əsaslandırmaq üçün istifadə olunub.
Andersenin sözlərinə görə, İranın nüvə silahı hazırladığı iddiaları həqiqəti əks etdirmirdi. O qeyd edib ki, eyni zamanda İranın nüvə potensialının guya aylar əvvəl məhv edildiyi də iddia olunurdu.
Professor əlavə edib ki, indi yenidən nüvə silahı arqumenti gündəmə gətirilir, halbuki eyni vaxtda Səudiyyə Ərəbistanına nüvə texnologiyalarının verilməsi müzakirə olunur.
Andersen, həmçinin İsrailin nüvə arsenalının beynəlxalq müzakirələrdən kənarda qaldığını bildirərək, “İsrailə nüvə silahını kim verib?” sualını səsləndirib.
Onun fikrincə, ABŞ dünyada ən təhlükəli nüvə güclərindən biridir və ölkə taktiki nüvə silahları da daxil olmaqla nüvə potensialını inkişaf etdirməyə davam edir.
Jalə
























