CNN-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası əvvəlcə ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) seçki təhlükəsizliyi üzrə fəaliyyətini demək olar ki, tamamilə ləğv edib, daha sonra isə 2026-cı il aralıq seçkilərinə cəmi bir neçə ay qalmış bu fəaliyyətin yenidən bərpasına başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu müddət ərzində ABŞ ştatları yaranmış boşluğu özləri doldurmağa məcbur qalıb, kibertəhlükəsizlik sahəsinə daha çox vəsait ayırıblar. Eyni zamanda, ştat rəsmiləri federal dəstəyin və ölkə üzrə təhdid kəşfiyyatı məlumatlarının həm gec çatdırıldığını, həm də kifayət qədər olmadığını bildiriblər.
Rauf
























