image-2026-07-31-17-45-22tm6tydjzodo1o57wwgaj_filebackend

Tələbələrin taleyi necə olacaq ? – Qızlar Universitetindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar verib. Bu qərar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hətta bir sıra tanınmış adamlar, ziyalılar və alimlər Bakı Qızlar Universitetinin bağlanmasına etiraz ediblər.

Bəs, Bakı Qızlar Universitetinin rəhbərliyinin Elm və Təhsil Nazirliyinin bu qərarına münasibəti necədir?

İNFOAZ.MEDİA Kontekst.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ilə bağlı Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Qurumdan verilən açıqlamada Elm və Təhsil Nazirliyi tərəfindən Universitetin təhsil fəaliyyətinin dayandırılması ilə bağlı qəbul edilmiş qərarı “dərin təəssüf hissi ilə qarşıladıqlarını” bildiridilər:

“1992-ci ildən fəaliyyət göstərən Bakı Qızlar Universiteti ölkəmizdə qızların ali təhsil almasına mühüm töhfələr verib, minlərlə məzun yetişdirib, yüzlərlə müəllim və əməkdaşın zəhməti ilə formalaşan bir elm və ali təhsil ocağı olub.

Universitetimiz bütün fəaliyyəti boyunca dürüstlük, şəffaflıq və akademik dəyərlərə sadiq qalıb. Məhz buna görə də qəbul edilən qərar universitet kollektivində, məzunlarımızda və hazırda təhsil alan tələbələrimizdə dərin məyusluq doğurur”.

Bununla belə, Bakı Qızlar Universitetindən bildirilib ki, hazırda təhsil ocağının ən böyük məsuliyyəti tələbələrin təhsil hüquqlarının qorunmasıdır:

“Bildiririk ki, Bakı Qızlar Universitetinin tələbələrinin digər ali təhsil müəssisələrinə köçürülməsi bilavasitə Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir.

35 il ərzində universitetimizə etimad göstərmiş bütün professor-müəllim heyətinə, valideynlərə, məzunlarımıza və haqq səsimizə səs verən ictimaiyyət nümayəndələrinə təşəkkür edirik.

Bakı Qızlar Universiteti fəaliyyətini dayandıra bilər. Lakin onun tarixi, yetişdirdiyi insanlar və Azərbaycan təhsilinə verdiyi töhfələr tarixdən silinməyəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki