image-rusiya-ukraynabackend

Rusiya Ukraynanın hərbi itkiləri ilə bağlı yeni statistika açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynada davam edən müharibənin 1619-cu günü ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin itkilərinə dair yenilənmiş statistikanı açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə, müharibənin əvvəlindən indiyədək Ukrayna ordusuna məxsus 673 təyyarə, 284 helikopter, 193 518 pilotsuz uçuş aparatı, 669 zenit-raket kompleksi, 30 380 tank və digər zirehli döyüş texnikası, 1 766 reaktiv yaylım atəş sistemi, 35 963 artilleriya qurğusu və minaatan, həmçinin 67 917 xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki