image-bayram-memmedovbackend

Bayramın qardaşı analarını öldürdü

Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib.

İNFOAZ.MEDİA apa-ya istinadla xəbər verir ki, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

S.Məmmədova NİDA Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki