Rusiya Ukraynanın pilotsuz uçuş aparatları ilə əsas neft emalı zavodlarına endirdiyi zərbələrdən sonra yaranan yanacaq çatışmazlığını aradan qaldırmaq məqsədilə Mərakeşdən təxminən 30 min ton benzin idxal edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Reuters-in məlumatına görə, ölkə yanacaq tədarükünü təmin etmək üçün Hindistan, Belarus və Qazaxıstana da üz tutub.
Bildirilib ki, hücumlar fonunda Rusiyada daxili benzin istehsalı kəskin şəkildə azalıb və hökumət yaranmış çatışmazlığı idxal hesabına kompensasiya etməyə çalışır.
Jalə
























