Volodimir Zelenski ABŞ prezidenti Donald Trampdan İlon Maska müraciət edərək Starlink sistemindən Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya ərazisində yerləşən ballistik raket buraxılış qurğularına zərbələrin istiqamətləndirilməsi üçün istifadəsinə icazə verməsini xahiş etməsini istəyib.
İNFOAZ.MEDİA xəbər verir ki,Tramp bu xahişi edəcəyinə dair öhdəlik götürməyib və təklifin taleyi hələ də qeyri-müəyyən olaraq qalır.
Ukrayna hesab edir ki, belə bir addım Patriot hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığının təsirini qismən kompensasiya edə bilər.
Hazırda SpaceX Rusiyada Starlink xidmətinin istifadəsini məhdudlaşdırır və Ukraynaya sistemi yalnız öz ərazisində, o cümlədən işğal altında hesab etdiyi Krım kimi bölgələrdə istifadə etməyə icazə verir.
Rauf
























