İtaliya millisinin və “Milan” klubunun əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.
İNFOAZ.MEDİA xəbər verir ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən veteran futbolçu dünyasını dəyişib.
Franko Barezi peşəkar karyerası ərzində yalnız “Milan”ın formasını geyinib. O, 1978–1997-ci illərdə Milan təmsilçisinin heyətində çıxış edərək 6 dəfə İtaliya çempionu, 4 dəfə İtaliya Superkubokunun sahibi olub. Barezi, həmçinin 3 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə isə UEFA Superkubokunu qazanıb.
İtaliya millisinin heyətində 81 oyun keçirən əfsanəvi müdafiəçi 1982-ci il dünya çempionatının qalibi olub. O, 1990-cı il dünya çempionatında bürünc, 1994-cü il mundialında isə gümüş medal qazanıb.
Jalə
























