BƏƏ-nin Dubay şəhərində yerləşən Cəbəl Əli limanı və sənaye zonasında gecə saatlarında ardıcıl partlayışlar baş verib. Hadisə nəticəsində ərazidən qalın qara tüstü qalxdığı bildirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, BƏƏ rəsmiləri baş verənləri sənaye obyektində baş vermiş qəza kimi qiymətləndiriblər.
Lakin İran KİV-ləri fərqli iddia irəli sürərək partlayışların Yəməndəki husilərin raket və ya pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində baş verdiyini yazıblar.
Rauf
























