Hörmüz boğazıbackend

ABŞ, İran və Oman Hörmüz boğazının açılması ilə bağlı 60 günlük razılaşmaya yaxındır

ABŞ, İran və Oman arasında Hörmüz boğazının yenidən gəmiçilik üçün açılmasını nəzərdə tutan 60 günlük müvəqqəti razılaşmanın əldə olunmasına yaxın olunduğu bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, Axios nəşrinin məlumatına görə, Vaşinqton razılaşmanı çərşənbə günü elan etməyi planlaşdırır.

Məlumata əsasən, müvəqqəti razılaşma çərçivəsində boğaza daxil olan gəmilər İranın ərazi suları, çıxan gəmilər isə Omanın ərazi suları ilə hərəkət edəcək. Tranzit keçidlərinə görə hər hansı ödəniş tələb olunmayacaq. Bu müddətdə tərəflər dəniz minalarının təmizlənməsi və daimi gəmiçilik razılaşması üzrə danışıqları davam etdirəcəklər.

Bildirilir ki, təşəbbüsün əsas məqsədi ABŞ və İran arasında qüvvədə olan atəşkəsi qorumaq və son həftələrdə yaranmış gərginlikdən sonra nüvə danışıqlarını yenidən başlatmaqdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki