ABŞ Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib. Bu addım Braziliyanın ABŞ Prezidenti Donald Trampın Braziliyaya səfir vəzifəsinə namizədi Daniel Perezin təyinatına rəsmi razılıq ) verməməsi və bir neçə amerikalı diplomata viza verməkdən imtina etməsinə cavab olaraq atılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi bildirib ki, bu qərar səfirin ölkədən çıxarılması deyil, qarşılıqlılıq prinsipinə əsaslanan diplomatik tədbirdir.
Rəsmisinin sözlərinə görə, Braziliya ABŞ-ın səfir namizədinə rəsmi diplomatik razılıq verdikdən sonra səfirin vizası bərpa olunacaq.
Rauf
























