Hörmüz boğazıbackend

İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpasına dair razılaşmaya yaxındır

İran və Oman aylarla davam edən fasilədən sonra Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı razılaşmaya yaxınlaşıb.

İNFOAZ.MEDİA xəbər verir ki, The New York Times-ın məlumatına görə, əsas mübahisə doğuran məqam təklif olunan mexanizmin İrana bu strateji su yolunda daha çox təsir imkanları verə biləcəyidir.

İran rəsmiləri bildiriblər ki, Fars körfəzinə daxil olan gəmilər İran sahillərinə yaxın marşrutdan istifadə edəcək və xidmət haqqı ödəyəcəklər. Bu ödəniş İran və Oman arasında bölüşdürüləcək.

ABŞ rəsmiləri isə bu iddiaları təkzib edərək bildiriblər ki, razılaşma İrana gəmilərdən rüsum toplamaq və ya boğazdan keçidi nəzarətdə saxlamaq səlahiyyəti verməyəcək.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki