ABŞ Prezidenti Donald Trampın keçmiş seçki kampaniyası rəhbəri Bred Parskeyl İsrail hökumətinin 46,5 milyon dollarlıq informasiya kampaniyasına rəhbərlik edir.
İNFOAZ.MEDİA xəbər verir ki, Drop Site News nəşrinin iddiasına görə, kampaniya çərçivəsində əsas məqsədi süni intellekt sistemlərinə təsir göstərmək olan yüzlərlə İsrailyönlü məqalə müxtəlif internet saytlarında yayımlanıb. Bildirilir ki, həmin saytlar əsasən insanlar üçün deyil, süni intellekt sistemləri tərəfindən indekslənmək üçün hazırlanıb.
İddiaya görə, Parskeylin müqaviləsində “GPT söhbətlərinə” təsir göstərmək məqsədi açıq şəkildə qeyd olunub və onun komandası bu istiqamətdə artıq nəticələr əldə etdiyini bildirir.
Həmçinin qeyd olunur ki, Perplexity, Microsoft Copilot, Gemini, bəzən isə ChatGPT və Claude kimi süni intellekt alətləri Qəzza və ABŞ–İsrail münasibətləri ilə bağlı cavablarında həmin saytlara istinad ediblər. Bəzi çat-botlar bu saytların İsrail hökuməti tərəfindən maliyyələşdirildiyini göstərsə də, digərləri bunu qeyd etməyib.
Rauf
























