İranın “Kheybar Shekan” ballistik raketinin yenidən atmosferə daxil olan döyüş başlığına (re-entry vehicle) aid yeni yayılan foto onun qabaqcıl anti-maneə (anti-jamming) peyk naviqasiya sistemi və manevr qabiliyyətli döyüş başlığı ilə təchiz edildiyini göstərir.
İNFOAZ.MEDİA xəbər verir ki, mütəxəssislərin fikrincə, bu yenilik raketin hədəfi daha yüksək dəqiqliklə vurmasına və elektron müharibə sistemlərinin müdaxiləsinə qarşı daha davamlı olmasına imkan verir.
Fotoda görünən antenanın Çin ordusunun istifadə etdiyi GNSS (Qlobal Naviqasiya Peyk Sistemi) antenalarına bənzəməsi isə raketin hazırlanmasında Çin texnologiyasından və ya Çin mənşəli dizayn həllərindən istifadə edilməsi ehtimalını gündəmə gətirib.
Rauf
























