Yaponiyanın son müdafiə üzrə “Ağ Kitab”ında bildirilib ki, hərbi xərclərin artırılması təkcə milli təhlükəsizliyi deyil, həm də texnologiya, startaplar və yerli silah istehsalının inkişafı hesabına ölkə iqtisadiyyatını gücləndirə bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, sənəddə Çin Yaponiya üçün ən böyük strateji çağırış kimi qiymətləndirilir və Tayvan ətrafında mümkün münaqişənin qarşısının alınmasına yönəlmiş əlavə müdafiə xərclərinin davam etdiriləcəyi vurğulanır.
Bununla yanaşı, hökumətin dövlət maliyyəsinin gərgin vəziyyəti fonunda daha geniş hərbi proqramı necə maliyyələşdirəcəyi ilə bağlı sualların açıq qaldığı qeyd olunur.
Rauf
























