Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu və investorlar konsorsiumu, o cümlədən Cared Kuşnerin Affinity Partners şirkəti, video oyun nəhəngi Electronic Arts (EA)-ın 55 milyard dollarlıq satınalma prosesini başa çatdırıb. Bununla da EA açıq səhmdar şirkət statusunu itirərək özəl şirkətə çevrilib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu sövdələşmə oyun sənayesi tarixinin ən böyük satınalmalarından biri hesab olunur. Konsorsiumda əsas pay Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna məxsusdur. EA bundan sonra birjada ticarət olunmayacaq və fəaliyyətini özəl şirkət kimi davam etdirəcək.
Electronic Arts dünyanın ən məşhur oyun istehsalçılarından biridir və EA Sports FC, Battlefield, The Sims, Apex Legends, Mass Effect və Dragon Age kimi məşhur oyun seriyalarının yaradıcısıdır.
Rauf
























