Çin ilk dəfə olaraq havada uçuş zamanı H-6N strateji bombardmançısının nüvə başlığı daşıya bilən JL-1 hava buraxılışlı ballistik raketlə (ALBM) təchiz edilmiş görüntülərini yayımlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, kadrlarda bombardmançının iki J-20 beşinci nəsil gizli qırıcı təyyarəsinin müşayiəti ilə uçduğu görünür.
Məlumata görə, JL-1 təxminən 8 min kilometr mənzilə malik nüvə başlığı daşıya bilən hava buraxılışlı ballistik raketdir. Raket hipersəs sürəti ilə atmosferə yenidən daxil olma qabiliyyətinə malikdir və həm dənizdəki hədəflərə, həm də quru obyektlərinə zərbə endirmək üçün istifadə oluna bilər.
Rauf
























