Ukraynanın energetika naziri Denis Şmiqal bildirib ki, müharibənin nəticəsi tərəflərdən hansının kritik enerji infrastrukturuna yönəlmiş hücumlara daha davamlı olacağından asılı olacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Kiyev Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin və sərtləşdirilən sanksiyaların Moskvanı bu payız sülh danışıqlarına məcbur edəcəyinə ümid edir.
Bununla yanaşı, Ukrayna hökuməti qarşıdakı qışda Rusiyanın ölkənin elektrik və su təchizatı sistemlərinə yeni hücumlar həyata keçirəcəyini nəzərə alaraq hazırlıqlarını davam etdirir.
Rauf
























