ABŞ hərbçisibackend

ABŞ Kuba ilə bağlı kəşfiyyat fəaliyyətini genişləndirib

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kuba ilə bağlı kəşfiyyat əməliyyatlarını əhəmiyyətli dərəcədə genişləndirib. Məlumata görə, məqsəd kommunist hökumətini genişmiqyaslı islahatlara sövq etmək və ya ölkədə hakimiyyət dəyişikliyi üçün təzyiqləri artırmaqdır.

İNFOAZ.MEDİA xəbər verir ki, POLITICO nəşrinin yazdığına görə, ABŞ rəsmiləri genişləndirilmiş kəşfiyyat fəaliyyətinin müxtəlif ssenarilər üçün nəzərdə tutulduğunu bildiriblər. Bunlara məlumat toplamaqdan tutmuş, zərurət yaranacağı təqdirdə mümkün hərbi əməliyyatlara hazırlıq da daxildir.

Bununla belə, rəsmilər vurğulayıblar ki, hazırda Kuba ilə bağlı hər hansı konkret hərbi əməliyyatın həyata keçirilməsi barədə qərar qəbul edilməyib. ABŞ administrasiyasının əsas diqqəti vəziyyətin yaxından izlənilməsinə və mümkün variantların hazırlanmasına yönəlib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki