image-6024000265154923889backend

Qəzzada 112 nəfərin qalıqları üçün kütləvi dəfn mərasimi keçirildi

Qəzza şəhərində minlərlə fələstinli Al-Hassayna və Əbu Şəriə ailələrinin dağıntılar altından çıxarılan 112 üzvünün qalıqları üçün kütləvi dəfn mərasimində iştirak edib.

İNFOAZ.MEDİA xəbər verir ki, həmin şəxslər 2023-cü ilin noyabrında Qəzza şəhərinin Səbra məhəlləsində yerləşən yaşayış binalarına endirilən İsrail hava zərbələri nəticəsində həlak olublar. Müharibənin ilk günlərində bədəvi tayfasına mənsub ailələr həmin ərazidə sığınmışdı.

Fələstin rəsmilərinin bildirdiyinə görə, hücum nəticəsində ümumilikdə 308 ailə üzvü həyatını itirib. Hadisə yerində isə hələ də təxminən 157 nəfərin itkin düşdüyü bildirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki