Dəməşq ABŞ ilə aparılan danışıqlar çərçivəsində Suriyaya qarşı qüvvədə qalan əsas sanksiya statusunun ləğvi məqsədilə Rusiyadan neft idxalını kəskin şəkildə azaltmağa razılaşıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Reuters-in məlumatına görə, bu addım Qərblə münasibətləri yaxşılaşan, lakin indiyədək əsasən Rusiya xam neftindən asılı olan Suriya üçün mühüm dönüş nöqtəsi hesab olunur.
ABŞ rəsmiləri bildiriblər ki, Rusiya nefti idxalının azaldılması Suriyanın terrorizmi dəstəkləyən dövlətlər (SST) siyahısından çıxarılması üçün rəsmi şərt deyil. Lakin Suriya mənbələrinin sözlərinə görə, bu addım həmin prosesin sürətlənməsinə kömək edə bilər.
Rauf
























