Bakıda yol qovşaqlarından birində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Nizami rayonunda, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq.
Təmir işləri oktyabrın 9-dan 10-na, 10-dan 11-nə və 11-dən 12-nə keçən gecələrdə, saat 23:00-dan səhər 07:00-dək həyata keçiriləcək.
İşlər aparılan müddətdə qeyd olunan yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən mümkün sıxlığın qarşısını almaq üçün alternativ yollardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.// yenisabah
























