Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsində İlqar Musayev küçəsinin Etibar Bəkirli küçəsi ilə kəsişməsindən Surxay Noçuyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, təmir işləri başa çatanadək qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.




