image-01kpx4cxf7erts0d57hy2w6tzz-largebackend

Arda Gülər zədələndi – Dünya çempionatını buraxacaq?

Real Madrid klubu Türkiyə millisinin futbolçusu Arda Gülerin zədələndiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki,bu haqda klubun mətbuat xidməti bəyanat yayıb.

Klubun bəyanatında bildirilir: “Bu gün keçirilən tibbi müayinələrdən sonra oyunçumuz Arda Gülərin sağ budunun arxa əzələsində zədələnmə müəyyən edilmişdir”.

Arda bu mövsüm bütün turnirlər daxil olmaqla 50 matçda meydana çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib. Qeyd edək ki, “Real Madrid” La Liqanın 33-cü turu çərçivəsində sabah “Real Betis”in qonağı olacaq.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki